Rusiya prezidenti Vladimir Putin dünən Sank-Peterburqdakı marketdə baş verən partlayışı terror aktı kimi qiymətləndirib və bundan sonra terrorçuların əsir alınmamasını, təhlükə yaratdıqları vəziyyətdə olduqları yerdə öldürülməsini əmr edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin Suriyada minlərlə terrorçunun olduğunu qeyd edib:
"Federal Təhlükəsizlik Xidmətinin sədrinə dünən terrorçuları həbs edərkən qanunlar əsasında davranmalarının lazım olduğunu xatırlatdım. Amma vəzifəli şəxslərimizin həyatına və ya sağlamlığına təhdid olarsa, qərarlı bir şəkildə davranaraq, əsir almadan olduqları yerdəcə öldürülmələrinin lazım olduğunu dedim”.
Xatırladaq ki, dünən Sankt-Peterburqda Kondratyevski küçəsində baş verən partlayış nəticəsində 8-i ağır olmaqla 13 nəfər yaralanıb.
Əbülfəz Kərimov