Modern.az

“Gənc istedadlar” liseyinin şagirdlərinə sertifikatlar verildi

“Gənc istedadlar” liseyinin şagirdlərinə sertifikatlar verildi

28 Dekabr 2017, 17:21

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm sərgi müsabiqəsi keçirib. 

 

Dünyada sülhün, əmin-amanlığın,  sabitliyin, humanizmin, tolerantlığın, xeyirxahlığın təbliğinə həsr edilmiş rəsm sərgi müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası,  “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri də iştirak edib. Əsasən akvarel, quaş və  taxta üzərində yandırma rəsm işləri nümayiş etdirilib.

Sərgidə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib. Liseyin direktoru, professor Qasım Hüseynov şagirdləri və onların müəllimi Türkan Abdullayevanı təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu