“15 iyul qiyamından sonra bizə güclü dəstək verən ölkələrdən biri də Yaponiya idi. Təəssüf ki, FETÖ şəbəkəsinin Yaponiyada da fəal olduğunu aydın görürük”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı həmkarı Taro Kano ilə görüşündən sonra bildirib.
Mövlud Çavuşoğlu bildirib ki, PKK ilə əlaqəli şəxslərin də Yaponiyada olmasını da arzu etmirlər.