Modern.az

Yevlaxda ağır qəza: yaralılar var

Yevlaxda ağır qəza: yaralılar var

28 Dekabr 2017, 20:30

Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb. Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-Centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb.

 

Hər iki yaralı xəstəxanaya aparılıb. Yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu