Modern.az

Şirvanda qadını keçmiş əri bıçaqladı

Şirvanda qadını keçmiş əri bıçaqladı

28 Dekabr 2017, 21:45

Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, insident Heydər Əliyev 7/12 ünvanında baş verib.

Məlumata görə, şəhər sakini qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına bıçaq xəsarətləri yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İsgəndərova Şəlalə Sahib qızına 8 bıçaq xəsarəti yetirən Elşad İsgəndərov polis tərəfindən saxlanılıb.

Fakt Şirvan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu