Türkiyədə polis idarəsi yaxınlığında partlayış baş verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.
Məlumata görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları açıqlanmır.