Gürcüstan prezidenti Mixail Saakaşvilinin böyük oğlu Eduard Ginnesin rekordlar kitabına düşüb. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, Eduard sağ əllə iPad üzərində ingilis əlifbasını sürətlə yığdığına görə bu məşhur nəşrə adı salınıb.
Bu münasibətlə bu gün Batumiyə gələn Ginnesin xüsusi nümayəndələri yeni rekordu qeydə alıblar. Saakaşvilnin oğlu 5,26 saniyə ərzində bunu edə bilib. Bununla da Edurad britaniyalı yeniyetmənin rekordunu bir saniyə yarım qabqalayıb.
15 yaşlı Saakaşvili bildirib ki, bunu etmək üçün uzun müdət məşq etməyib. Edurad deyib ki, gələcəkdə çin əlfbası üzərində də belə rekord vurmaq niyyətindədir.