Modern.az

İsrail və ABŞ İrana qarşı gizli saziş imzaladı

İsrail və ABŞ İrana qarşı gizli saziş imzaladı

Aktual

29 Dekabr 2017, 09:00

İsrail və ABŞ Ağ Evdə keçirilən gizli görüşdə İranın qarşısını almağa yönəlmiş strateji proqram hazırlayıb.

 

Bu haqda xarici KİV-lərə istinadən xəbər verir. 

 

İki gün davam edən danışıqların nəticəsi olaraq, ABŞ və İsrail "İran məsələsinə dair Anlaşma Memorandumu" imzalayıb.

 

Sənəd İranın nüvə və balistik proqramları ilə bağlı bir sıra əsas məsələlərə və regiona silah tədarükünə diqqət yetirəcək dörd işçi qrupunun yaradılmasını nəzərdə tutur.

 

Məlumata görə, İsrailin yüksək rütbəli rəsmiləri Vaşinqton və Təl-Əvivin İran məsələsi ilə bağlı strateji razılaşma əldə etdiyini təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi