Modern.az

Havalar pisləşəcək - Qar, yağış, güclü külək... - XƏBƏRDARLIQ

Havalar pisləşəcək - Qar, yağış, güclü külək... - XƏBƏRDARLIQ

29 Dekabr 2017, 12:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

        
Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağıgözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu