Modern.az

“Daxili siyasətdə problemlər mövcuddur”

“Daxili siyasətdə problemlər mövcuddur”

29 Dekabr 2017, 12:46

“2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur”.

 

Modern.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirən deputat deyib ki, maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir.

 

“Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir”.

 

Deputat AXC-nın 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu bildirib. “Bu sahədə çox ləng iş gedir və hiss olunacaq səviyyədə deyil. Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu