Modern.az

Deputat əlillərin pullu təhsildən azad olunmasını təklif etdi

Deputat əlillərin pullu təhsildən azad olunmasını təklif etdi

29 Dekabr 2017, 13:04

Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb.

 

Modern.az-ın məlumatına görə, Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb.

 

 

“Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər”.

Deputat bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir.

“Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması  məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər. Bu, onlar üçün çox böyük dəstək olar.

 

Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin.

 

Çünki onlara üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Və ödənişli ali təhsil alan əlillər Milli Məclisdən yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu