Modern.az

Komitə sədri: “Dünya artıq Azərbaycanı idman ölkəsi kimi tanıyır”

Komitə sədri: “Dünya artıq Azərbaycanı idman ölkəsi kimi tanıyır”

29 Dekabr 2017, 13:10

“2017-ci ildə Azərbaycan parlamentində çox ciddi işlər görülüb. Biz bu il müxtəlif dövlət orqanları vasitəsilə beynəlxalq təşkilatlarla münasibətlərimizi daha da gücləndirmişik, ikitərəfli və çoxtərəfli görüşlərimizdə Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə nail olmuşuq. Azərbaycanda həyata keçirilən islahatlar gənclər və idman sahəsini də əhatə edib”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin dekabrın 29-da keçirilən iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır:

“Cənab prezidentin bu istiqamətdə təşkil etdiyi işləri beynəlxalq təşkilatlar çox yüksək qiymətləndirirlər. Azərbaycan idmançıları müxtəlif medallar, yüksək nəticələr əldə ediblər. Biz bü gün Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini görür və dəstəkləyirik. İnanıram ki, növbəti ildə də bu sitiqamətdə müxtəlif işlər davam etdiriləcək.
Düzdür, hərdən sosial şəbəkələrdə Milli Məclisin deputatları haqqında müəyyən söz-söhbətlər olur. Bizim də işimiz ondan ibarət olmalıdır ki, ölkədə gedən islahatları dəstəkləməliyik. Bunu sadə insanlara da çatdırmalıyıq. Mənə elə gəlir ki, parlament bu işi yüksək səviyyədə həyata keçirir.
Biz gələn il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini və Azərbayacn Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyini qeyd edəcəyik. Gələn ilin noyabrında “EXPO 2025”lə bağlı səsvermə keçirləcək. Mən deputatlarımıza gələnilki fəaliyyətində uğurlar arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu