Modern.az

Yeni sahibkarlıq növünün yaradılması təsdiqləndi

Yeni sahibkarlıq növünün yaradılması təsdiqləndi

29 Dekabr 2017, 13:29

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq.

 

Modern.az-ın məlumatına görə,bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Belə ki, qanuna yeni 4-1 maddə (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) əlavə edilir. Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

 

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

 

Qanun layihəsi Milli Məclisin iclasında səs qoyularaq qəbul edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu