Modern.az

Elmar Məmmədyarov baş katiblə görüşdü

Elmar Məmmədyarov baş katiblə görüşdü

29 Dekabr 2017, 15:10

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovla görüşüb. 

 

XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə tərəflər sssambleyanın hazırki və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

 

Bu xüsusda, TürkPAnın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb. Habelə, TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.

 

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu