Modern.az

Ticarət və Xidmət Departamenti Şaxta baba GÖZLƏYİR...

Ticarət və Xidmət Departamenti Şaxta baba GÖZLƏYİR...

29 Dekabr 2017, 16:16

Yeni il bayramını körpələrin çox sevdikləri Şaxta babasız, həmçinin Qar qızsız  təsəvvür etmək mümkün deyil.  

 

Ölkəmizdə də hər Yeni ilin gəlişi ilə barabər küçələrdə qırmızı əbalı, üzlərinə süni uzun ağ saqqal qoyan Şaxta babaları, ağ və ya mavi geyimli Qar qızları görürük. Cəmiyyətimizin yaşca ən kiçik nümayəndələri olan uşaqlar  məhz bu obrazların gəlişini çox səbirsizliklə gözləyirlər. Lakin bu il Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı azdır. Bu günə qədər Şaxta baba və Qar qız personajları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 5 nəfər müraciət edib.

Maraqlıdır, 2018-ci ilə  cəmi 5  Şaxta Baba və Qar qızla girəcəyik?

 

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov  Modern.az-a danışıb.

 

“Şaxta baba və Qar qız olmaq üçün 2014-cü ildə hardasa 50 nəfər müraciət etmişdi. İnişil təxminən 37, keçən il 20 nəfər müraciət  edənlər var idi. Bu il isə cəmi 5  müraciət var. Biz onlara icazə vermişik. Bu gün də oturub gözləyirik ki, bəlkə kimsə gələr. Bilirsiniz, bu günlərdə Şaxta baba və Qar qıza daha çox ehtiyac olacaq. Ümumiyyətlə özümüz də  az müraciət olduğu üçün təəccüblənirik. Bu il qəribə situasiya yaranıb”.

 

Ə.Bağırov müraciətlərin az olma səbəblərindən də söz açıb:

 

“Şaxta baba və Qar qız olmaq da bir xidmət sahəsidir. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, onların ildən-ilə azalmasının səbəbi  fotoqrafların bizə müraciət etməməsidir. Yəni fotoqraflar müraciət etmədiyinə görə, onlar da müraciət ehtiyac duymurlar. Baxın, fotoqraflar bizə müraciət edəndə onlara fəaliyyətləri üçün icazə verirdik. Məsələn, fotoqraf gün ərzində 100 nəfərin şəklini çəkirdisə, 300 manat pul edirdi. Əgər bunlar belə fəaliyyət göstərsələr, 10 günə  3000 manata qədər qazana bilərdilər. Amma indi fotoqraf gəlmir. Sən də tutaq ki, uşağı götürüb yolkanın ətrafında  şəkil çəkdirməyə gedirsən və öz fotoaparatından, telefonundan istifadə edirsən. Yəni bu hal  müraciətlərin azalmasına səbəb ola bilər”.

 

Müsahibimiz  “Bakının cəmi 5 Şaxta baba və Qar qızı var”sualını belə cavablandırıb:

 

“Məsələ elə deyil. Mən bir-iki yerdə gəzib baxmışam. Müşahidələrimə görə deyə bilərəm ki, qeyri-qanuni fəaliyyət göstərənlər var. Bizdən icazə almayıblar. Həmin adamlara yaxınlaşıb maraqlanmışam.

 

Özləri də deyirlər ki, bir-iki gün fəaliyyət üçün icazə almaq istəməyiblər. Biz onları başa salırıq, onlara izah edirik ki, fəaliyyət göstərmək üçün 60 manat dövlət rüsumunu ödəyib lisenziya almaq lazımdır. Başqa nə edə bilərik? Gedib döyə və ya söyə bilmərik ki..”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu