Modern.az

Azərbaycan diasporu İtaliya mediasında

Azərbaycan diasporu İtaliya mediasında

29 Dekabr 2017, 17:13

Bu gün İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnsititutunun saytında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Azərbaycan diasporunun fəaliyyət strategiyası” başlıqlı analitik məqalə dərc edilib.

 

Məqalədə Azərbaycan diasporunun təşəkkülü, inkişaf mərhələləri və fəaliyyət strategiyasından bəhs edilir. 1991-ci il dekabrın 16-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş dünyada azərbaycanlıların həmrəyliyi günü, bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi təhlil olunur. Dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir. Qeyd olunur ki, Diaspora mövzusu Azərbaycan siyasətinin prioritetlərindən biridir.  Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi, onların öz milli şəxsiyyətlərini qorumaq, inkişaf etdirmək məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir.   

 

Azərbaycan diasporunun təşəkkülü və inkişaf mərhələlərinə toxunan müəlliflər göstərir ki,  Çar Rusiyasının Qafqazda anti-müsəlman və anti-Türk siyasəti bölgədəki Azərbaycan əhalisinin dominant mövqeyinin qəsdən zəifləməsinə yönəlmişdir. 1905-1906-cı illərdə, 1918-ci ildə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti belə məkrli strateji niyyətlərin nəticəsidir.

 

Demokratik Respublikanın qurucuları və tərəfdarları Bolşeviklər tərəfindən ölkəni tərk etməyə məcbur edən sıx bir təzyiq və təqiblərə məruz qaldığı dövr xaricdəki azərbaycanlıların ən kütləvi axınının mərhələlərindən biri kimi xarakterizə olunur.

 

Analitik araşdırmada Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən dünyada azərbaycanlılarının 50 milyondan çox olduğu, Amerika, Avropa, Asiya və Afrika qitələrində yaşayan azərbaycanlıların dövlərlər üzrə statistikası verilir. Müəlliflər  Cənubi Azərbaycanda  (İran İslam Respublikası) 30 milyondan çox olan azərbaycanlının İran əhalisinin 42 faizini təşkil etdiyini xüsusi vurğulayır. 

 

Məqalədə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əsas məqsədləri, fəaliyyət mexanizmi və strategiyası öz əksini tapır. Milli düşüncənin, milli və mədəni dəyərlərin qorunması, Azərbaycanın təbliği və dünya ictimaiyyətinin Azərbaycanla bağlı obyektiv məlumatlandırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən, beynəlxalq forumlardan bəhs edilir. Azərbaycan diasporunun son illərdəki inkişafı, diaspor təşkilatları ilə işin yeni aspektlərindən söhbət açılır: Bu gün Azərbaycan diasporu yalnız xaricdə yaşayan soydaşları deyil, yaşadığları ölkələrdə güclü sosial və siyasi qüvvədir, milli maraqların müdafiə olunmasında bir mövqedir.

 

Araşdırmanın nəticəsidə göstərilir ki, inkişaf potensialı və gücü olan Azərbaycanın  diasporunun da  inkişafı ən parlaq perspektivlərə malikdir. Bu perspektiv, Azərbaycan dövlərinin, diaspora rəhbərliyinin ölkədə və xaricdə yaşayan azərbaycanlıların vətənpərvər imkanlarını və bacarıqlarını maksimum dərəcədə genişləndirmək məqsədi daşıyan, uzaqgörən və məqsədyönlü bir strategiyadır.

 

Azərbaycan diasporunun tarixi təşəkkülü və fəaliyyət mexanizmi və inkişaf tendensiyalarından  bəhs edən məqalənin müəllifləri, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnsititutunun üzvləri- Azərbaycanın İtaliyadakı  (Siciliya regionu) konsolu Domeniko Koko, italiyalı siyasi analitik  Domeniko Letizia, BDU-nun tədqiqatçısı Leyla Rəşiddir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu