Modern.az

Qəzza zolağında yenidən qarşıdurma yaşandı

Qəzza zolağında yenidən qarşıdurma yaşandı

Dünya

29 Dekabr 2017, 21:13

Qəzza zolağında yenidən qarşıdurma yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.

Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib ki, döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib: "Onlardan iki nəfərinin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib".

 

Qeyd edək ki, İordan çayının qərb sahilində isə daha 130 fələstinliyə təcili yardım göstərib. Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU