Modern.az

İki piyada vuruldu

İki piyada vuruldu

29 Dekabr 2017, 21:29

Mingəçevir şəhərində iki piyadanı avtomobil vurub. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin “Energetik” yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

 

Belə ki, ilkin ehtimala görə, “VAZ-21099” markalı avtomobil dayanacaq istiqamətindən yolu keçmək istəyən Mingəçevir şəhər sakinləri - 1953-cü il təvəllüdlü Məhəmməd Nuru oğlu Alıyev və 1955-ci il təvəllüdlü Akif Əkbər oğlu Şirinovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu