Modern.az

İsrail UNESCO-nu tərk etdi

İsrail UNESCO-nu tərk etdi

Dünya

29 Dekabr 2017, 23:37

UNESCO-nun baş katibi Odre Azule İsrailin hakimiyyət orqanlarından ölkənin təşkilatın sıralarından çıxmağı ilə bağlı bildiriş alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Baş katibin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

 

"UNESCO-nu Baş katibi olaraq, 31 dekabr 2018-ci ildə İsrailin təşkilatdan çıxması ilə bağlı bildiriş almışam. Çox təəssüf edirəm, çünki dövlətlət məhz UNESCO-nun tərkibində, onun xaricində yox, təşkilatın kompetensiyalarına aid sahələrdə fikir arılıqlarını həll etməkdə kömək əldə edə bilər", - deyə bəyanatda bildirilir.

 

Oktyabrın 12-də ABŞ UNESCO-dan çıxmasını elan edib. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu ölkəni təşkilatdan çıxmasını hazırlaşmağı tapşırıb.

 

İsrail UNESCO-ya 1949-cu ildə daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU