Modern.az

Şəhər meri güllələndi

Şəhər meri güllələndi

Dünya

30 Dekabr 2017, 00:46

Meksikanın Herrero ştatının Petatlan bələdiyyə təşkilatının başçısı Arturo Qomes Peres öldürülüb. Modern.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Demokratik İnqilab Partiyasının məlumatında deyilir.

 

Partiyanın məlumatında siyasətçinin qətli qınanılır və hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

 

İlkin məlumata görə, A. Peres naməlum şəxs tərəfindən güllələnib. Qətlin baş verdiyi zaman o, dostları ilə birgə restoranda olub. Mer xəstəxanaya çatdırılsa da, aldığı güllə yaralarından dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU