Modern.az

Masallıda ikimərtəbəli ev sahibəsi ilə birlikdə yandı  

Masallıda ikimərtəbəli ev sahibəsi ilə birlikdə yandı   

30 Dekabr 2017, 09:19

Masallı rayonu, Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə,  yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu