Modern.az

Elza Seyidcahanın ailəsi qəzaya düşdü

Elza Seyidcahanın ailəsi qəzaya düşdü

30 Dekabr 2017, 09:24

Ötən gün paytaxt məkanlarının birində nəvəsi Səmərruxa doğum günü keçirən əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.

Modern.az xəbər verir ki, E.Seyidcahanın kürəkəni Elxan Alisatov Lent.az-a açıqlamasında qızı və həyat yoldaşı ilə ad günü keçirilən məkana gələn zaman avtomobil qəzasına düşdüyünü bildirib:

“Taksi ilə ad günü keçirilən məkana gəlirdik. Yoldaşım Gülşən də mənlə üzbəüz oturmuşdu. Qəfldən maşının qabağına başqa maşın çıxdı və həyat yoldaşımın başı mənim dodağıma dəydi. Nəticədə dodağım partladı. Qanı güclə saxladıq. Yoldaşımın isə alnı qızardı. Allaha çox şükür edirəm ki, salamatçılıq oldu”.

Qeyd edək ki, hadisədən dərhal sonra E.Seyidcahan qəza olan məkana gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu