“Silk Way” aviaşirkətində təyyarə qəzasının səbəblərini öyrənmək üçün komissiya yaradılıb.
Bu barədə məlumatı Modern.az-a Kabildə qəzaya uğrayan təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkətindən verilib. Şirkətdən deyiblər ki, Əfqanıstanda qəzaya uğrayan təyyarənin səbəblərini öyrənmək üçün komissiya yaradılıb və qrup Əfqanıstana göndəriləcək”.
Qeyd edək ki, “Silk Way” aviaşirkətinə məxsus təyyarə dünən Əfqanıstanın paytaxtı Kabuldan şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. İl-76 4K-AZ 55 yük təyyarəsinin tərkibində 8 heyət olub və onların öldüyü ehtimal olunur.
Aytən ƏLİYEVA