Modern.az

Putin İlham Əliyevi təbrik edib  

Putin İlham Əliyevi təbrik edib   

30 Dekabr 2017, 14:24

Rusiya prezidenti Vladimir Putin Azərbaycan  Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

Kremlin saytında verilən xəbərə görə, Rusiya prezidenti İlham Əliyevə müraciətində Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayıb və qeyd edib ki, bu yubiley müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olub.

V.Putin iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu