Modern.az

Keçmiş prezidentə 3 il həbs cəzası kəsildi

Keçmiş prezidentə 3 il həbs cəzası kəsildi

Dünya

30 Dekabr 2017, 14:34

Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursini 3 illik həbsə məhkum edib. Mursi ədliyyə sistemini təhqir etməkdə günahkar bilinib.

Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə “nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, məhkəmə eyni işlə bağlı daha 18 nəfərə də 3 illik həbs cəzası kəsiib.

5 nəfər isə, o cümlədən demokratiya uğrunda kütləvi kampaniyaların təşkilatçısı Alaa Abdel-Fattah 30 min Misir funtu (1688 dollar) məbləğində cərimə olunub.

Mursi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. Onu bir illik prezidentliyindən sonra 2013-cü ildə hərbçilər devirdi. Mursinin hakimiyyəti ölkədə cəmiyyətin kəskin bölünməsinə gətirmişdi.

O vaxtdan həbsdə olan Mursiyə qarşı müxtəlif ittihamlarla məhkəmə prosesləri gedir.

Mursi həmçinin casusluqda, xarici qruplarla əlaqədə ittiham olunur.

Misirdə hərbçilər 2013-cü ildən bəri minlərlə islamçını və liberalı həbsə atıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU