Modern.az

Bakı Dövlət Universitetində Yeni il şənliyi keçirilib

Bakı Dövlət Universitetində Yeni il şənliyi keçirilib

30 Dekabr 2017, 15:49

Dekabrın 30-da Bakı Dövlət Universitetində Yeni il şənliyi keçirilib. Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri HİK-in sədri, dosent Fikrət Şiriyev açaraq Universitetin rəhbərliyi və bütün kollektivi adından uşaqları və valideynləri Yeni il və Həmrəylik günü münasibətilə təbrik edib.
Universitet əməkdaşlarının övladları üçün təşkil edilən bu tədbirdə Gənc Tamaşaçılar Teatrının peşəkar aktyorları Şaxta baba və Qar qız rolunda şənliyi açıb, sonra  həmin teatr “Qoğalın nağılı” tamaşasını göstərib. Tədbirdə uşaqlara maraqlı yeni il hədiyyələri paylanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu