Dağlıq Qarabağı ayrıca subyekt olaraq göstərilən sənədi müzakirə edəcəklər
Bu gün Strasburqda Avropa Parlamentinin (AP) plenar sessiyasında “Dağlıq Qarabağda vəziyyət” adlı hesabat açıqlanacaq. AP-nin iclasla bağlı gündəliyində deyilir ki, “Avropa Xalq Partiyası və Avropa üçün Liberal və Demokrtaların Alyansı” qruplarının təşəbbüsü ilə 2011-ci il iyul ayının 6-da Strassburqda keçiriləcək plenar iclasda “Dağlıq Qarabağda vəziyyət” başlıqlı müzakirələrin təşkili qərarlaşdırılıb. Dağlıq Qarabağın ayrıca olaraq subyekt kimi götürməklə keçiriləcək bu müzakirəsi Azərbayacanın ərazi bütövlüyünün şübhə altına alınması anlamına gəlir. Bu rəsmi Bakının narahatlığına səbəb olub.
Qeyd edək ki, Avropa Parlamentinin prosedur qaydalarının 110-cu maddəsinə əsasən, Avropa İttifaqı Şurası və Komissiyanın üzvləri plenar sessiya qarşısında bəyanatla çıxış edə bilərlər və bunun ardınca aparılan müzakirələrdən sonra Avropa Parlamenti əlaqadar mövzu üzrə qətnamə qəbul edə bilər. İyulun 6-da məhz bu maddə əsasında Avropa İttifaqının Xarici İşlər və Təhlüksəizlik Siyasəti üzrə ali nümayəndəsinin ayrı-ayrılıqda ərəb dünyası və Şimali Afrika, Suriya, Yəmən və Dağlıq Qarabağda vəziyyətlə bağlı çıxış etməsi planlaşdırılır. Adının çəkilməsini istəməyən mənbə Modern.az-a bildirib ki, Dağlıq Qarabağ üzrə müzakirələrdən sonra qətnamənin qəbulu məsələsinə qarşıdan gələn həftə ərzində aydınlıq gətirilməldir.
“Lakin Avropa Parlamentindəki mövcud təcrübəyə istinad edərək müvafiq qətnamənin qəbul ediləciyi ehtimal olunur. Bu prosedur çərçivəsində qətnamənin qəbulu üçün hər hansı məruzənin hazırlanması tələb olunmur. Sadəcə hər siyasi qrup öz qətnamə layihələrini hazırlayaraq plenar sessiyanın ilk günü onu katibliyə təqdim edir. Bundan sonra siyasi qruplar arasında aparılan məşvərətlər əsasında birgə qətnamə layihəsi razılaşdırılır və çox hallarda elə olduğu kimi qəbul edilir. Birgə sənəd razılaşdırılmadıqda siyasi qrupların təklifləri ayrı-ayrılıqda səsverməyə qoyula bilər. Bu proseslərin kifayət qədər qısa zaman kəsiyində baş verməsi onlara kənardan təsir etmək imkanını əhəmiyyətli şəkildə məhdudlaşdırır.
Qətnamə layihələrinin tərtibi və razılaşdırılması məsələsində siyasi qrupların xarici işlər üzrə əlaqələndiriciləri olan deputatlar və qrup katibliklərinin məsul əməkdaşlarının üzərinə mühüm rol düşür. Müvafiq qərar olacağı təqdirdə Dağlıq Qarabağda vəziyyət barədə qətnamənin 7 iyulda qəbul edilməsi gözlənilir”-deyə mənbə vurğulayıb.
Siyasi müşahidəçilərin fikrincə, “Dağlıq Qarabağda vəziyyət” termini yanlış, heç bir hüquqi əsası olmayan anlayışdır və söhbət yalnız “Azərbaycanın işğal altında olan torpaqarında vəziyyət” adından gedə bilər. Belə görünür Dağlıq Qarabağı ayrıca bir subyekt kimi təqdim etməyə başlayıblar. Belə bir qorxulu tendensiyanın əsası qoyulub.
Xaqani SƏFƏROĞLU