Fövqəladə Hallar Nazirliyi Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Modern.az Fövqəladə Hallah Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sabirabad rayonu, Qaragüney kəndində “Mercedes” və “AzSamand” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
20:28
Sabirabadda ağır yol qəzası qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəzanın təfərrüatları müəyyənləşdirilir.