Qarabağ Azadlıq Təşkilatı BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaxınlığında aksiya keçirib. Modern.az saytının məlumatına görə, 20-dın çox QAT üzvü “Ya Qarabağ, ya ölüm!”, “BMT, Azərbaycandan rədd ol!” şüarları səsləndirərək BMT-nin ölkəmizdəki nümayəndəliyinə doğru yürüş ediblər. Aksiyaçılar polis müdaxiləsi ilə qarşılaşıblar. Təşkilat üzvləri BMT-nin ikili standartlardan əl çəkmələrini, işğalı ölkə olan Ermənistana sanksiyalar tətbiq edilməsini tələb ediblər.
Bundan sonra QAT üzvləri “Prezident müharibəyə başlasın!” şüarı səsləndirərək Prezident Administrasiyasına doğru yürüşə cəhd göztəriblər.