“Ermənistanla Azərbaycan arasında danışıqlar çox ciddi keçib. Bu danışıqların gedişində tərəflər dəfələrlə ikitərəfli sazişin bağlanmasına yaxın olubar”. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasının “Gündəmdən xaric” proqramının efirində ölknin xarici işlər naziri Edvard Nalbandyan deyib.
Nalbandyanın sözlərinə görə, onun Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşü yanvarın ikinci yarısında keçirilməlidir və bu görüşün dəqiq vaxtı və yeri daha sonra razılaşdırılacaq.