Modern.az

Müftinin arvadı Rusiya prezidentliyinə namizədliyini irəli sürdü

Müftinin arvadı Rusiya prezidentliyinə namizədliyini irəli sürdü

Dünya

31 Dekabr 2017, 00:36

542 nəfərdən ibarət təşəbbüs qrupu Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə  Ayna Həmzətovanın mətbuat katibi Hurizadə Kamalova bildirib.

 

Həkim, idmançı, elm və mədəniyyət sahələrinin nümayəndələrindən ibarət təşəbbüs qrupunun iclası bu gün Mahaçqalada keçirilib.   

 

 Qeydiyyat üçün lazımi sənədlərin yanvarın 5-dək MSK-ya təqdim ediləcəyi bildirilir. 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU