Modern.az

Kürdəmirdə “Vətəni tanı!”

Kürdəmirdə “Vətəni tanı!”

6 İyul 2011, 13:44

Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası bu dəfə Kürdəmirdə olub. Kampaniyaya rayonda əvvəlcədən hazırlıq görülüb. Rayon İcra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarələrinin nümayəndələri tədbirə qatılıb. 150 kürdəmirli gəncin, rayon təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə açılış mərasimi keçirilib. Çıxış edənlər bildiriblər ki, Kürdəmirli gənclərin çoxdan gözlədiyi bu layihə onlarda Vətənə məhəbbət, biliklərin artırılması istiqamətində çox böyük faydalar verəcək.

Daha sonra yarışmaya start verilib. Kürdəmirli gənclər bir-biri ilə gərgin mübarizə aparıblar. Nəticədə 2 gənc respublika turuna vəsiqə qazanıb.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.






Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj