Modern.az

“Azərsu” xəbərdarlıq edir: "Supulu yığanlara inanmayın"

“Azərsu” xəbərdarlıq edir: "Supulu yığanlara inanmayın"

6 İyul 2011, 15:41

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, son zamanlar özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müfəttişi kimi təqdim edən,  eləcə də vaxtilə “Azərsu” ASC-də işləmiş və sonradan işdən çıxmış bəzi şəxslər mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinin, həmçinin cərimə aktlarının yazılmaması müqabilində nağd pul tələb edirlər. Bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, onlara müraciət edən nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və ya digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahəsini məlumatlandırsınlar. Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.

 “Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal Sahələrinə məlumat versinlər.  

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi                       429-62-96

Suraxanı Sukanal sahəsi                       477-73-12; 477-90-47

Xəzər Sukanal sahəsi                           454-08-13; 554-95-37; 554-95-38

Nizami Sukanal sahəsi                        570-15-60; 375-59-34; 375-54-61

Nəsimi Sukanal sahəsi                        498-00-85; 498-00-89; 493-55-61

Səbail Sukanal sahəsi                         492-44-47; 492-07-34

Yasamal Sukanal sahəsi                       432-64-74; 432-01-34; 511-24-09

Xətai Sukanal sahəsi                            379-20-86; 372-00-20; 371-65-36

Nərimanov Sukanal sahəsi                   561-16-63; 562-48-74; 555-13-68

Binəqədi Sukanal sahəsi                       562-25-54; 562-89-63; 555-13-60

Qaradağ Sukanal sahəsi                       445-85-10; 445-07-27; 445-85-60

Abşeron Sukanal İdarəsi                      349-39-99; 342-12-57; 342-11-29

Sumqayıt Sukanal İdarəsi                     4-44-41; 5-09-003

 “Azərsu” ASC bildirib ki, qurumun işçiləri aşağıdakı nümunədə vəsiqə gəzdirirlər. 
 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj