Modern.az

Sevil Əliyeva Azərbaycan xalqını belə təbrik etdi

Sevil Əliyeva Azərbaycan xalqını belə təbrik etdi

31 Dekabr 2017, 20:03

Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Modern.az xəbər verir ki, Sevil Əliyeva bu barədə şəxsi İnstaqram hesabında yazıb.

 

Sevil Əliyeva yeni ildə hər kəsə uğurlar arzulayıb: "Əziz bacılar və qardaşlar, qoy bu il əvvəlki illərin hamısından daha bəhrəli, daha ruzili olsun. Yanan ocaqlarınız könülləri isitsin. Sizi qarşıdan gələn Yeni il və xalqımızın əqidə və əməl birliyini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Hamınıza möhkəm can sağlığı, sevinc, könül xoşluğu, ailə səadəti arzu edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu