Modern.az

Yəmənin bombalanması zamanı 20 husi öldürüldü

Yəmənin bombalanması zamanı 20 husi öldürüldü

Dünya

31 Dekabr 2017, 20:38

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus qırıcıların Yəməni bombalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr ölkənin qərb sahillərinə endirilib. Aviazərbələr nəticəsində 20 husi öldürülüb.

Hücum nəticəsində onlarla döyüşçünün də yaralandığı bildirilib.

Xalq Müqavimət dəstələrinin səhra komandirlərindən olan Visam Salih bildirib ki, qırıcılar Hudeydə vilayətinin əl-Huhə, əl-Cərahi və Hays bölgələrini bombardman edib.

O əlavə edib ki, aviazərbələr zamanı husilərə aid 6 avtomobil, 1 avtobus və 1 motosikl məhv edilib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU