İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda "Instagram" sosial şəbəkəsinə və "Telegram"a girişi müvəqqəti bağlayıb. Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar ən yüksək səviyyədə qəbul olunub və İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib.
"Telegram"ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti, ümumiyyətlə, "Telegram"a girişi bağlayıb.