Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin qərb çıxışında, Nizami Gəncəvi prospektində qeydə alınıb. Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Məmmədova Mirvari Şahin qızı və onun bacısı, 1995-ci il təvəllüdlü Məmmədova Aysel Şahin qızı yolu keçmək istəyərkən “VAZ 2106” markalı avtomobil tərəfindən vururlub. Sürücü dərhal xəsarət alan qadınları xəstəxanaya aprıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, A. Məmmədova 7 aylıq hamilədir.
Faktla bağlı arşdırma aparılır.