Modern.az

İranda sosial şəbəkələrə girişin dayandırılması təkzib edildi

İranda sosial şəbəkələrə girişin dayandırılması təkzib edildi

1 Yanvar 2018, 19:51

İranda sosial şəbəkələrə girişin müvəqqəti dayandırılması təkzib edildi. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrumi hökumət əleyhinə aksiyalar fonunda sosial şəbəkələrə girişin müvəqqəti dayandırılması barədə məsələyə münasibət bildirərkən deyib.

Qeyd edək ki, dünən "Reuters" agentliyi İranın IRIB Dövlət Televiziyasına istinadən hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. "Telegram"-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, "Telegram"-a girişi bağlayıb.

 

"Associated Press" agentliyi isə şənbə günü 2, dünən isə 10 nəfər olmaqla, etiraz aksiyalarında 12 nəfərin öldüyü barədə məlumat yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu