Modern.az

Suriyaya yeni müdafiə naziri təyin edildi

Suriyaya yeni müdafiə naziri təyin edildi

1 Yanvar 2018, 20:53

Suriya prezidenti Bəşşar Əsəd yeni müdafiə nazirinin təyin edilməsi barədə fərman imzalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu vəzifəyə Abdulla Əyyub təyin edilib.

 

Məlumata görə, A.Əyyub bundan əvvəl Suriya ordusunun qərargah rəisi vəzifəsində çalışıb. Onun sələfi, sabiq müdafiə naziri Fahed Casem əl-Frəc 2012-ci ildə müdafiə naziri təyin edilib.

 

Ölkənin sənaye naziri vəzifəsinə Məhəmməd Mazin Əli Yusif, informasiya naziri vəzifəsinə isə İmad Abdulla Sara təyin ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi