Modern.az

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib

Dünya

1 Yanvar 2018, 21:36

ABŞ-da 16 yaşlı yeniyetmə özünün ailə üzvlərini güllələyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersi ştatının polis əməkdaşları üç qohumunu, həmçinin ailənin dostunu qətlə yetirən 16 yaşlı yeniyetməni şübhəli şəxs qismində saxlayıblar.

O, Yeni il ərəfəsində öz ata-anasını, bacısını və ailənin dostunu tüfəngdən atəş açaraq öldürüb.

 

Prokurorun sözlərinə görə, adı açıqlanmayan şübhəli şəxsin qardaşı və babası hadisə zamanı evdə olmayıblar.

 

Yeniyetməyə 48 saat ərzində cinayət məcəlləsinin dörd maddəsi, həmçinin digər maddələr üzrə ittihamlar irəli sürüləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU