İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma satışı bazarında monitorinqləri davam etdiri. Nazirlikdən verilən məlumata görə, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə tərəfindən "RAH-96" və "Qranit" firmalarına icrası məcburi göstəriş verilib.
Qeyd olunan göstərişin icrası ilə əlaqədar "RAH-96" firmasının istehsal etdiyi 753,03 kq və "Qranit" firmasının istehsalı olan 2103,44 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Araşdırmalar davam edir.
Modern.az