Bayram günlərində 12 yol qəzası baş verib.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Yanvarın 1-də isə respublikanın avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.