Modern.az

Dünyanın ən yaxşı futbolçusunun adı açıqlandı

Dünyanın ən yaxşı futbolçusunun adı açıqlandı

2 Yanvar 2018, 15:44

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

 

“Report” xəbər verir ki, 30 yaşlı forvard “Marca” nəşrinin oxucular arasında 100 ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün apardığı səsvermənin sonunda qalib olub.

 

Messi səslərin 56 faizini topladığı halda, ikinci yeri tutan “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu cəmi 25 faiz səs qazanıb. Üçüncü yeri isə 6 faiz səslə “Kral klub”nun digər futbolçusu İsko Alarkon qərarlaşıb.

 

Qeyd edək ki, Messi 2017-ci ildə iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 54 qol vurub və 19 məhsuldar ötürmə verib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu