Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Modern.az saytına bildirilib ki, iclasda Şuranın aparatı tərəfindən hazırlanan "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları"nın və "Rəqəmli radio-televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları"nın layihəsi müzakirə edilib və qəbul olunub.
Həmçinin iclasda rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqəsədilə Bakı şəhəri və bölgələr üzrə yeni televiziya yayım kanallarının ayrılması barədə qərar qəbul edilib.
Moder.az