Modern.az

İtkin alpinistlərin axtarışı məhdudlaşdırıldı

İtkin alpinistlərin axtarışı məhdudlaşdırıldı

2 Yanvar 2018, 20:02

Əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi (qar yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılıb. Modern.az xəbər verir ki, bu barədə Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından məlumat verilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində qurumun peşəkar xilasedicilərdən ibarət dəstələr, digər dövlət qurumlarının əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir.

Meteoroloji şəraitdən asılı olaraq əməliyyata FHN-in helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunur.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu