Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısı alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrin birində partlayıcı maddələrin olduğu ambar barədə məlumat alıb.
Daxili işlər nazirlyinin xüsusi təyyinatlı qüvvələri və minaaxtaranlar bir neçə saat ərzində döyüş sursatlarını zərərləşdirib. Terrorçuların qizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu və kustar üsullar hazırlamaq üçün istifadə oluna biləcək 65 kq maddə aşkarlanıb.