Modern.az

Bərdədə qarşıdurma: yaralılar var

Bərdədə qarşıdurma: yaralılar var

2 Yanvar 2018, 22:03

Bərdə rayonunda döyülmə hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Samux kənd sakinləri, 1992-ci il təvəllüdlü Qocayev Atəş Kamil oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Nurlan Elxan oğlu həmyerliləri tərəfindən döyülüb.

 

Ağır bədən xəsarətləri alan hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu