Modern.az

Ərdəbildə aksiyaçılardan 40 nəfər saxlanıldı

Ərdəbildə aksiyaçılardan 40 nəfər saxlanıldı

2 Yanvar 2018, 22:17

İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ərdəbilin prokuroru Naser Atabati məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlanılanların əksəriyyəti sorğudan sonra azad edilib, 15 nəfər isə hələ də həbsdə qalıb.

Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin Təbriz millət vəkili Şahabodin Bimekdar məlumatı təkzib edib və bildirib ki, onun şəhərində etirazlar keçirilməyib.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.

Hökumət məmurları insanları qanunsuz etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu