Modern.az

Bakıda yeni ödəniş terminalları quraşdırılır

Bakıda yeni ödəniş terminalları quraşdırılır

3 Yanvar 2018, 09:58

Bakıda “Pulpay” şirkətinin terminallarının quraşdırılmasına başlanılıb. Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.

 

Hazırda bu şirkətə məxsus terminalların sayı çox olmasa da, artmaqda davam edəcək. Bu, cari ildə şirkətin planlarına daxildir.

 

Rayonlarda “Pulpay” terminalları hələlik ancaq Xaçmazda quraşdırılıb. Gələcəkdə onların digər rayonlarda da quraşdırılması nəzərdə tutulur.

 

“Pulpay” terminalları vasitəsilə kommunal xidmətlər, mobil və stasionar rabitə xidmətləri, internet, kabel televiziyası, sığorta və digər ödəmələri həyata keçirmək mümkün olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu