Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Modern.az xəbər verir ki, Nyu-York birjasında elektron ticarət əməliyyatlarının zamanı Texas neftinin (WTI) qiyməti 1 barelə görə 0,02% artaraq 60,38 dollar təşkil edib.
London birjasında da Brent markalı neftin 1 barelinin dəyəri 0,02% azalaraq 66,56 dollar olub.